Bakıda cərimə olunan şəxs DYP rəisinin oxşarı imiş - REAKSİYA

Avtosfer.az saytı ötən həftə Bakıda İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Əhməd Cəlilovun avtomobilinin evakuasiya edilməsi ilə bağlı məlumat yaymıhdı. Yazıda bildirilirdi ki, Ə.Cəlilov özünü polis əməkdaşı kimi təqdim etməyərək avtomobili cərimə meydançasından çıxarmaq üçün cərimə ödəyib. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bu gün Avtosfer.az saytına açıqlama verərək bildirib ki, məsələ geniş şəkildə araşdırılsa da, həmin şəxsin DYP rəisi Əhməd Cəlilov olması faktı təsdiqini tapmayıb: «Həmin şəxs ixtisasca həkimdir, Əhməd müəllimə də çox oxşarlığı var. Məsələ tam araşdırıldı, həmin şəxsin özü ilə də söhbət aparılıb. Məlum olub ki, Əhməd Cəlilov həmin tarixdə Bakıda olmayıb. Avtomobili cərimə meydançasına gətirilən şəxs tamam başqa adamdır. Amma doğrudan da, Əhməd müəllimə çox oxşarlığı var».
Yeri gəlmişkən, Avtosfer.az saytı həmin yazıda cərimə meydançasında 40 manat pul ödəyən şəxsin israrına baxmayaraq ona qəbz verilməməsini də qeyd etmişdi. Bildirmişdik ki, vətəndaş avtomobilini cərimə meydançasından çıxarmaq üçün 40 manat pul verib, əvəzində isə qəbz tələb edib. Lakin cərimə meydançasında pul yığmaq işinə baxan mülki şəxs ona belə cavab verib: «Heç bir sənəd vermirik, sadəcə, burada bir kağıza imza atıb maşını apara bilərsiniz». Həmin şəxs bildirib ki, qəbz vermək üçün sürücüyə inzibati protokol açılmalıdır. Bu zaman sürücü həmin protokolla banka gedib cərimə ödəməlidir. Ödəniş qəbzinin sürətini onlara gətirib verdikdən sonra avtomobili cərimə meydançasından çıxara bilər: «Bu da uzun işdir. Narahat olmayın, pulu özümüz aparıb banka ödəyəcəyik».
Lakin Baş Dövlət Yol Polisi hələ ki, bu məsələyə münasibət bildirməyib. Maraqlıdır ki, yazıda məhz cərimə meydançasında vətəndaşlardan alınan pulun əvəzində qəbz verilməsi önə çəkilsə də, DYP bu barədə heç nə demir. Avtosfer.az-ın məlumatına görə, bu yazıdan sonra Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisindəki cərimə meydançasında araşdırma aparıblar. Hətta, sözügedən cərimə meydançasının rəisi, serjant Cahangir Ağayev tənbeh edilib. Bu barədə bizə rəsmi məlumat verilməsə də, deyilən bu oldu ki, İsmayıllı DYP-nin rəisi Əhməd Cəlilovun maşını həmin cərimə meydançasına gətirilməyib. Yeri gəlmişkən, Cahangir Ağayev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərovun qayınıdır.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










