Bakıda daha bir avtobus biabırçılığı - FOTOLAR

Bakıda sərnişin avotubusun sürücüləri bəzən maşın nasaz ola-ola avtomobili idarə edirlər. Bu barədə oxucular anspress-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Şikayətlərdən biri 60 saylı sərnişin avtobusunun sürücüsündən gəlib. Şikayətçi bildirib ki, iyul ayının 2-də “Əhmədli” metrostansiyası yaxınlığında 60 saylı, 10 TE 198 nömrə nişanlı avtobusa minib. Bu zaman sürücü avtobusda olan digər həmkarı ilə söhbəti zamanı bildirib ki, idarə etdiyi avtobusun əyləc sistemində problem var. O, qeyd edib ki, hazırda avtobusun əyləci tutmur. Ona görə də, çalışıb axırıncı dayanacağa gedəcək. Daha sonra xəttə çıxmayacaq.
Qeyd edək ki, həmin vaxt avtobusda çoxlu sərnişin olub. Avtobus yolboyu az sürətlə hərəkət edib. Sürücü bacardığı qədər ehtiyatlı sürüb ki, qəza baş verməsin.
Əslində isə avtomobili nasaz vəziyyətdə idarəetmək qanunla qadağandır. Bu sərnişin avtobus olsa, bu böyük faciəyə səbəb ola bilər. Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, əslində heç bir minik vasitəsini texniki nasaz vəziyyətdə idarə etmək olmaz. Nəqliyyat Nazirliyi də bu baxımdan mütəmadi olaraq reydlrə keçirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, belə hadisə aşkarlandıqda sürücü və avtobusun sahibkarı cərimələnir. Problemlə əlaqədar 60 saylı avtobusun sahibkarı Mürşüd Mirzəyevlə əlaqə saxladıq. Onun verdiyi məlumata görə, heç vaxt onların nəzarətində olan avtobuslar nasaz vəziyyətdə işləmir. Çünki bu birbaşa sahibkara ziyandır. “Avtobusları kreditlə alırıq. Hansı sahibkar istər ki, maşında problem olsun. Allah eləməsin hansısa qəza olsa, bu həm də sahibkara ziyandır. Bütün sürücülərə tapşırmışıq ki, avtobusda qəza olarsa, dərhal xəbər versinlər. Harda olmalarına baxmayaraq, sərnişinləri dərhal boşaltsınlar. Maşını yerindən tərpətməsinlər. Sonradan deyilən ünvana usta göndəririk və nasazlıq aradan qaldırılır”, - deyə Mürşüd Mirzəyev vurğulayıb. Mürşüd Mirzəyev bildirdi ki, bu məsələni araşdıracaq. Əgər həqiqətən də belə bir şey olubsa, sürücü mütləq cəzalanacaq.
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO














