Bakıda Dəmir Yolu Stansiyasında yanğın olub

Gündəm 26 İyul 2014 00:57 Oxunub 1366
Bakıda Dəmir Yolu Stansiyasında yanğın olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Güzdək Dəmir Yolu Stansiyasında yanğın olub. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Abşeron rayonunda yerləşən Güzdək Dəmir Yolu Stansiyasında ümumi sahəsi 45 kv/m olan postunun yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh