Bakıda əhali sıxlığı: Metro ağır “yük” altında

Bu gün Bakı metrosunda nasazlıq yaranıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.
O bildirib ki, "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb:
"Qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib".
Qeyd edək ki, metro ilə bağlı narazılıqlar hər gün daha da artır. Qatarların gecikməsi, qatarlar arasında intervalın çox olması, eyni zamanda sıxlıq hələ də öz müsbət həllini tapmır.
Maraqlıdır, metroda problemlərin həlli istiqamətində köklü dəyişikliklər ola bilər?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metrodan istifadə etmiş sərnişinlərin sayı 6,1 % artıb:
"Bu rəqəm kiçik görünsə də, qatarların sayı və tutumuna görə yüksək rəqəmdir. Sıxlıq ötən illərə nəzərən daha da artıb. Belə ki, metrodan istifadə sayı 2019-cu ildəki artıma yaxınlaşıb.
Xüsusilə qarşıdan gələn Yeni il bayramı ilə bağlı axın istiqaməti dəyişir. İnsan resursları stansiyaların bəzilərində sıxlıq olan yerlərdə tədbirlərin görülməsi istiqamətində işlər aparır.
Bildirim ki, xüsusilə "Koroğlu", "20 Yanvar", "Memar Əcəmi" və "İnşaatçılar" stansiyalarında sərnişin sayı daha çoxdur. Bu sıxlıqlarla əlaqəli qatarlar normativdən da artıq dayanır".
Bəxtiyar Məmmədov qeyd edib ki, Avropa İnvestisiya Bankı Bakı Metropoliteninin müasirləşməsində dəstək göstərəcək:
"Bununla bağlı Avropa İnvestisiya Bankı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandum imzalanıb. Yeni 9 stansiyanın inşa olunması nəzərdə tutulub ki, bu da yerüstü nəqliyyatda sıxlığın azalmasına kömək edəcək. Bakıya növbəti ildə 4 qatar (20 vaqon) gətirilməsi nəzərdə tutulub.
Eyni zamanda, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması da nəzərdə tutulur".
(cebhe.info)
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI










