Bakıda fəaliyyət göstərən bütün avtobuslara qış təkərləri taxılıb? – RƏSMİ AÇIQLAMA

Avtobusların texniki xidmət prosedurlarına daxil olan şin dəyişdirmə əməliyyatı təhlükəsizlik və performans baxımından vacibdir.
Bəs paytaxtda bütün avtobusların şinləri vaxtında və planlı olaraq dəyişdirilibmi? Əgər bəzilərində şin dəyişdirmə proseduru düzgün həyata keçirilməyibsə, nəticədə avtobuslar yolda qalıb və ya planlaşdırılmış vaxtdan əvvəl depoya göndərilirsə, bu halların yaranmasının əsas səbəbləri nədir? Avtobus sürücüləri bu vəziyyətlə bağlı hansı texniki problemləri qeyd edirlər?
Mövzu ilə bağlı “BakuBus” MMC-dən Avtosfer.az-ın sorğusuna cavab olar bildiriblər ki, “BakuBus” avtobuslarının hər birinin təkərləri istismar qaydalarına uyğun olaraq müntəzəm şəkildə yoxlanılır və yürüş kilometrinə əsasən dəyişdirilir:

"Hazırda avtobusların hərəkət qrafikində heç bir dəyişiklik yoxdur və normal rejimdə fəaliyyət davam etdirilir. Lakin yolların buz bağlaması və mövcud hava şəraitinin yaratdığı çətinliklər, yollarda baş verən qəzalar səbəbindən bəzi gecikmələrin baş vermə ehtimalı var. Sərnişinlərimizin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərimizə ehtiyatlı olmağı və yollarda maksimum diqqətli hərəkət etmələri ilə bağlı xəbərdarlıq edilmişdir. Sərnişinlərimizdən mümkün gecikmələrə anlayışla yanaşmalarını xahiş edirik".
AYNA-dan isə Avtosfer.az- bildirilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:

"Ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımızı mənzil başına təhlkəsiz çatdırmaq üçün səylə çalışıblar. Qeyd edək ki, Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib. Məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb. Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımlarını həyata keçirməsinə şərait yaratmasını xahiş edirik.
AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.
Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın qəsəbələrarası yolların buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər var. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur"
Qurum əlavə olaraq qeyd edib ki, bölgələrdə sərnişindaşıma adi rejimdə davam etdirilir:
"Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb. Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək".
Eltac Zülfüqaroğlu
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı BİRGƏ BƏYANAT YAYIB
Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...










