Bakıda hansı yol kəsişmələrində işıqfora ehtiyac var? - VİDEO

Bakıda minik avtomobillərinin məcburi şəkildə avtobus zolaqlarına girməsi sıxlığa səbəb olur.
Avtobuslar isə onlar üçün ayrılan xüsusi zolaqla rahat hərəkət edə bilmir. Yəni eyni anda bir neçə avtobus hərəkətsiz qalır.
Məlumata görə, söhbət Qara Qarayev prospekti ilə Babək prospektinin yan yolu ilə kəsişən hissəsindən gedir.
Həmin kəsişmədə sürücülərin bir-birlərinə yol verməsi üçün işıqfor yoxdur. Nəticədə xaos daha da artır. Avtobus sürücüləri istər pik saatlarda, istərsə də adi vaxtlarda burada eyni mənzərə ilə üzləşdiklərini, gecikdiklərini deyirlər.
Oxşar problem “Gənclik” metrostansiyasının yaxınlığında, Atatürk prospekti ilə Əlövsət Əbdülrəhimov küçəsinin kəsişməsində də yaşanır. Burada da avtobus zolağı var. Ancaq kəsişmədə işıqfor olmadığı üçün zolağın operativliyə vasitə olmaq xüsusiyyəti itir.
Hər iki əraziyə işıqforun qoyulub-qoyulmayacağına gəldikdə isə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən ərazilərə mərkəzin əməkdaşları tərəfindən baxış keçiriləcək və təhlillər aparılacaq.
Daha ətraflı videomaterialda.
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI








