Bakıda ikimərtəbəli səyahət avtobusları – GƏZİNTİ - FOTO

Bakı şəhərinə avtobuslasəyahətturları təşkiledilir. Səyahət turunun müddəti 1 saat 30 dəq-dir. APA TV-nin çəkiliş qrupu həmin avtobusda tura çıxıb. Biletlər alınıb, hər kəs yerini tutub, kəmərlər bağlananadan sonra səyahət başlayır. Uşaqlar bir az nadinc olsalar da, turun maraqlı keçəcəyindən inanmaq olar. Gəzinti turları Mədəniyyət və Turzim Nazirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd isəşəhərə gələn qonaqları və yerli sakinləri Bakı ilə tanış etmək, tarixi yerlər haqqında məlumat verməkdir. İlk olaraq, bələdçi hansıərazidən keçiriksə, ora haqqında məlumat verir. Azadlıq meydanınından hərəkətə başlayan səyahət avtobusunun 15 dayanacağı var. Hər dayanacaqda 2 dəqiqə dayanır. Bələdçi qət etdiyimiz ərazilər haqqqında kifayət qədər məlumat verir. Uşaqlar gəzinti zamanışəhərlə tanış olmaqla yanaşı, xeyli məlumat da alırlar. "Sity Sightseeng Baku" Şirkətinin baş direktoru Əfsun Əhmədov deyir ki, hazırda avtobus "test-drayv"də olduğu üçün bələdçi məlumat verir. Ancaq avtobus tam istifadəyə verildikdən sonra audio sistem quraşdırılacaq və 8 dildə bələdçi sistemi olacaq: "Biz avtobusun qrafikinin tənzimlənməsi, audio sistemin keyfiyyətli şəkildə fəaliyyət göstərməsi üçün çalışırıq. Bu istiqamətdə Almaniyadan mütəxəssislər dəvət olunub. Səyahət etmək istəyənlər avtobusa daxil olduqda qulaqcıqlar paylanacaq və istədikləri dildə kanalı seçib, məlumatı əldə edə biləcəklər".
Avtobus hələlik tam istifadədə olmadığından qiymətlərdə endirim də edilib. Belə ki, qiymətlər böyüklər üçün 10 manat uşaqlar üçün isə 5 manatdır. Ancaq tam istifadəyə verildikdən sonra qiymətlər 5 manatdan 20 manatadək olacaq: "Elə katiqoriyalar var ki, onlar üçün xüsusi olaraq, pulsuz etmişik. 6 yaşa kimi uşalar, əlilər, mətbuat nümayəndələri və otel işçilərinə pulsuzdur". Avtobusun birinci mərtəbəsinə 3 ikinci mərtəbsinə isə 2 videokamera quraşdırılıb. Hələlik avtobusda wi-fi sistemi olmasa da, tam itifadəyə verildikdən sonra bu sistem quraşıdırılacaq insanlar istədiyi kimi internetdən pulsuz yararlana biləcəklər. Artıq bir neçə dayanacağı keçmişik bu müddətdə isə avtobusa başqa sərnişinlər də minib. Bayraq meydanına yaxınlaşırıq, məktəblilər himnimizi səsləndirməyə başlayırlar.
Artıq qayıdırıq. Azadlıq meydanından hərəkət edən avtobus Heydər Əliyev Mərkəzi, Muasir İncəsənət Muzeyi, Qız qalası, "Azneft" dairəsi, "Four Seasons" oteli, İçərişəhər metrostansiyası, Şəhidlər xiyabanı, Dağüstü park, Bəhramgur heykəli, Dövlət Bayrağı meydanı, Panoram çarxına gedir.
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO
Prospektdəki divarda Sovet dövrünə aid dekorasiya sökülür? – MEMAR - FOTOSESSİYA
Yeni nazir müavinləri kimlərdir? - DOSYE
Daha bir yerüstü keçiddəki vəziyyətdən vətəndaşlar ŞİKAYƏT ETDİ - VİDEO
Emin Hüseynova bu dəfə Hikmət Hacıyevdən şillə kimi cavab - VİDEO
Prezident üçün Serbiyada "Ay Laçın" oxundu - VİDEO
Sabahdan metro və avtobuslarda sıxlıq olacaq - SƏBƏBİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Prezidentin Münxendə keçirdiyi görüşlərlə bağlı paylaşım edilib - FOTO - VİDEO










