Bakıda irada görə sərnişini avtobusdan düşürən sürücü cəzalandırıldı - VİDEO

Bakıda 22 nömrəli sərnişin avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda sözügedən avtobusun sürücüsünün sükan arxasında telefonla danışdığı əks olunub. Onun davranışı sərnişinlərin iradına səbəb olub.
Məlumatı ictimailəşdirən sərnişin qeyd edir ki, sürücü Bakıxanov qəsəbəsindən "8-ci km bazarı"na qədər telefonla danışıb:
"Xanım sərnişinlərdən biri ona sükan arxasında telefonla danışmağın qadağan olunduğunu desə də, sərnişinə qarşı kobudluq edib. Sürücülərin əksəriyyəti sərnişinlərlə mədəniyyətsiz, tərbiyəsizcəsinə davranır. Onun ani diqqətsizliyindən bədbəxt hadisə baş versə, sərnişinlərin başına gələcəklərə görə kim məsuliyyət daşıyır? Sürücü ona irad bildirən sərnişini maşından düşürdü".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a bildirilib ki, yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb:
"22 nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobusun sürücüsünün izahatı alınıb. Daşıyıcı tərəfindən onun barəsində inzibati tənbeh tədbiri görülüb. Digər sürücülərin də təlimatlandırılması barədə AYNA tərəfindən daşıyıcıya tapşırıq verilib".
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












