Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində kütləvi davada adam öldürməkdə təqsirləndirilən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, 9-cu mikrorayon, Bəhlul Səttarzadə küçəsində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb. Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobilə mindirərək xəstəxanaya aparıb. Lakin A.Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib. Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib. Yaralı Z.Əkbərovun ilkin izahatı alınıb.
O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb. Z.Əkbərov ünvana çatdıqda isə A.Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən O.Binnətov, İ.Xəlilli və V.Babayev saxlanılıb. (“Report”)
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










