Bakıda «Mersedes»lərin törətdiyi qəzaların VİDEOsu

Avtosfer.az saytı Bakıda baş vermiş bir neçə yol qəzasının videosunu təqdim edir. Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyimiz videolarda «Mersedes» markalı avtomobillər tərəfindən törədilən yol qəzaları əksini tapıb. Birinci qəzada «Mersedes»in yolun hərəkət hissəsində düzgün manevr etməməsi «Jeep»lə toqquşmaya səbəb olur. Zərbənin təsirindən «Jeep» idarəetmədən çıxaraq başqa bir avtomobilə çırpılır.
Növbəti qəza Babək prospektində baş verib. Bu dəfə «Mersedes»in sürücüsünü günahlandırmaq doğru olmazdı. Çünki «Mersedes» birinci zolaqda düzünə hərəkət etmək istəyərkən ikinci zolaqdan hərəkət edən «Jeep» qəflətən onun qarşısından sola dönməyə çalışır. Özü də dönmə əməliyyatı zamanı solda olan «Mersedes»ə əhəmiyyət vermir. Nəticədə hər iki avtomobil toqquşaraq səkinin üstünə çıxır.
Növbəti qəzada isə «Mersedes» sürətlə hərəkət etdiyi üçün svetaforda dayanan digər minik maşınına arxadan çırpılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












