Bakıda məşhur otelin sahibi səkini özəlləşdirib? - FOTO

Paytaxtda iri hotel şəbəkələrindən biri şəhər sakinlərini görməzdən gəlib
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonu Tbilisi prospektində yerləşən “Qafqaz Baku City Hotel” piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazini uzun müddətdir ki, “işğal” edib. Hotelin qarşısında çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fotoları çəkən şəxs bildirib ki, binada təmir işləri görüldüyü üçün hazırda fəaliyyət göstərmir.

Uzun müddətdir ki, onsuz da digər obyektlər tərəfindən genişliyindən əsər-əlamət qalmayan səki hotel tərəfindən ikiyə bölünüb. Belə ki, hotelin binasına qalxan pilləkənlər təmir işləri yekunlaşsa belə pilləkənlər ləğv edilməyib.
Ərazidə yaşayan şəxslər isə ehtiyat edir ki, hoteldəki təmir işləri başa çatdıqdan sonra qarşısındakı ərazi qanunsuz parkinqə çevrilər. Məsələnin aidiyyatı qurumlar tərəfindən yaxın müddətdə həlli gözlənilir.

Səfər Əlizadə
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












