Bakıda milyonlarla vergidən yayınan MTK-lar - SİYAHI

Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən milyonlarla manat vergidən yayınan Mənzil-Komunal Tikinti Kooperativləri (MTK) aşkarlanıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, DVX tərəfindən aşağıdakı MTK-lara pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən külli miqdarda maliyyə maliyyə sanksiyası tətbiq olunub:
Qanuni təmsilçisi Kərim Piriyev Pirməmməd oğlu, AZ1129, Bakı Şəhəri Xətai Rayonu, Məhəmməd Hadi, ev.63A, m.71 ünvanında qeydiyyatda olan 115 Saylı Mənzil-Tikinti Kooperativi;
Qanuni təmsilçisi İlham Qafarov Arif oğlu, AZ1138, Bakı Şəhəri Yasamal Rayonu, Əhməd Cavad, ev.77, məhəllə 3147 ünvanında qeyiyyatda olan "Səma-A" Mənzil-Tikinti Kooperativi;
Qanuni təmsilçisi İbrahimxəlil Kərimov Mikayıl oğlu, Bakı Şəhəri Nizami Rayonu, Bəhruz Nuriyev, ev.52 ünvanında qeydiyyatda olan "Neftçi-3 Mənzil-Tikinti Kooperativi”;
Qanuni təmsilçisi Səhəddin Məmmədov Şirin oğlu, Bakı Şəhəri Xətai Rayonu, Xudu Məmmədov, ev.2 ünvaında qeydiyyatda olan "Etiram" Mənzil-Tikinti Kooperativi;
Qanuni təmsilçisi Nadir Fərəcullazadə Mirzə Əzizulla oğlu, Bakı Şəhəri Xətai Rayonu, 6-Cı Zavod, Ev.3 1158-ci məhəllə ünvanında qeydiyyatda olan "Kəndtikinti Mənzil-Tikinti Kooperativi”;
Ətraflı
Qanuni təmsilçisi Zaur Aslanov Mahir oğlu, Bakı Şəhəri Nərimanov Rayonu, Qafur Rəşad, ev.20 ünvanında qeydiyyatda olan "Bərəkət İnşaatçı-07" Mənzil-Tikinti Kooperativi;
Qanuni təmsilçisi Məmməd Ramazanov Əzimulla oğlu, Bakı Şəhəri Nəsimi Rayonu, Əlövsət Quliyev, Ev.334-cü məhəllə ünvanında yerləşən "Merkuri" Mənzil-Tikinti Kooperativi;
Qanuni təmsilçisi Nəcibə Ağayeva Şahbaz qızı, Bakı Şəhəri Nəsimi Rayonunda yerləşən "Kristal" Mənzil-Tikinti Kooperativi;
Qanuni təmsilçisi Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin sabiq rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin sabiq rəhbəri Azayev Elxan Çərkəz oğlu olan "Diplomat 2008" Mənzil Tikinti Kooperativi;
Bu MTK-lar barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2167872.08 manat əlavə vergi, 1083936.06 manat maliyyə sanksiyası hesablanıb. Sözügedən MTK-lar dəfələrlə vergilərdən yayındıqları üçün 20 min manatdan 600 min manatadək maliyyə sanksiyaları ilə də cəzalandırılıblar.
Qanuni təmsilçisi Təyyar Məmmədov Novruz oğlu, Bakı Şəhəri Nəsimi Rayonu, Cavad Xan 2 Mkr, ev.48b, m.40 ünvanında qeydiyyatda olan "İzmir Ltd." Mənzil-Tikinti Kooperativi barəsində isə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2795067.19 manat əlavə vergi, 1403522.11 manat maliyyə sanksiyası hesablanıb.
Bakıda skuterlərin düzgün saxlanmamasına kim nəzarət edir?
“İçərişəhərdə” divarları yazanlarla mübarizə mümkün deyil? – Memardan AÇIQLAMA - FOTOSESSİYA
İranın Zəngəzur dəhlizi ilə bağlı etirazlarının səbəbi nədir? – Ekspert AÇIQLADI
Çimayev Kadırovla fotosunu paylaşdı: Qəza iddialarından sonra ilk görüntü - FOTO
Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib – FOTO - VİDEO
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTOLAR
Bakıda ödənişli giriş zonaları bu cür tətbiq oluna bilər - AÇIQLAMA
Deputat prezidentin qəzaya düşən oğlunu ələ saldı: “Gelandewagen” … - FOTO
“Azərbaycan Nəşriyyati”nin binası sökülür, yoxsa təmir edilir? - VİDEO
Bu yolda yenidən torpaq sürüşməsi olub: Təhlükə yaranıb - VİDEO
Bakıda avtosalon parklanma yerlərini zəbt etdi - VİDEO











