Bakıda modul tipli xəstəxanalarda kütləvi zəhərlənmə barədə TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB

9 dekabr tarixində Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Paytaxtdakı modul tipli xəstəxanalarda zəhərlənmə ilə bağlı iddialar təsdiqini tapıb:
“Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb. Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib. TƏBİB nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb”
11:52
Bu gün sosial şəbəkələrdə modul tipli xəstəxanalarda kütləvi zəhərlənmənin baş verdiyi ilə bağlı iddialar paylaşılıb.
İddiaya görə, zəhərlənmə Abşeronda və Sarayda yerləşən modul tipli xəstəxanalarda qeydə alınıb. İlkin ehtimala görə, zəhərlənmə qidalarla əlaqəli olub. Zərərçəkənlərin isə modul tipli xəstəxanalarda çalışan işçilər və müalicə alan xəstələr olduğu deyilir.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, sözügedən iddialarla bağlı araşdırma aparılacaq.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












