Bakıda ödənişsiz parkinq yerləri qalacaq

Paytaxtda ümumilikdə 1000 parkomat mövcuddur. Bakı şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avtonəqliyyat idarəsinin rəisi Həsən Abdullayevin verdiyi məlumata görə, ödənişli parkomatlardan başqa mümkün olan yerlərdə ödənişsiz parketmə yerləri də qalacaq: “Hələ ki, parkomatlar Bakının əsasən mərkəzi küçələrində quraşdırılıb, gələcəkdə onlar mərkəzi olmayan küçələrdə də quraşdırılacaq və yerdən asılı olaraq park üçün ödənişlərin də məbləği fərqli olacaq. Hal-hazırda parketmənin maksimal qiyməti 1 manatdır, amma elə yerlər var ki, orada qiymət 20-50 qəpik arasındadır. İndi biz yol polisi ilə sürücülərdə parketmə mədəniyyətini aşılamaq üçün sərt mövqe tutmuşuq, bu mərhələ başa çatdıqdan sonra qiymətlər endiriləcək, eləcə də şərtlər yumşaldılacaq”.
Onun sözlərinə görə, gələcəkdə indiki 4 saatdan ibarət parkinqdən istifadə limiti də ləğv ediləcək, bu isə yaxınlıqda yeraltı parkinqin mövcud olmasından asılı olacaq.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












