Bakıda oğurlanan maşın Beyləqanda tapıldı

18 yaşlı maşın oğrusu həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 22-də Bakının Biləcəri qəsəbəsi Y. Hüseynov küçəsində yaşayan İlham Məmmədova məxsus «VAZ-21011» markalı avtomobil qaçırılıb. Binəqədi Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil iyulun 26-da Beyləqan rayonunda saz vəziyyətdə tapılıb. Avtomobili qaçıran rayon sakini 1996-cı il təvəllüdlü Aydın Aydınlı tutulub. Bundan başqa iyulun 27-də Fətəliyev küçəsində yaşayan Vasif Məmmədova məxsus «VAZ-21074» və M. Əmirov küçəsində yaşayan Hacıağa Cavadova məxsus «VAZ-21074» markalı avtomobillərdən maqnitofon oğurlayanların kimliyi Sabunçu Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub. Oğurluqda şübhəli bilinənlər, Pirşağı qəsəbəsi sakinləri 1992-ci il təvəllüdlü Vüsal Zeynalov və 1976-cı il təvəllüdlü Ceyhun Mirzəyev tutulub. Hər iki faktla bağlı araşdırma başlanıb.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












