Bakıda polisi vurdular

Gündəm 27 İyul 2014 23:01 Oxunub 2174
Bakıda polisi vurdular
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin tələbinə məhəl qoymayan vətəndaş bıçaq çıxarıb və onun burnunu sındırıb
Bakı şəhərinin mərkəzi hissələrindən olan Xəqani küçəsində polislə vətəndaş arasında insident olub. Xəqani küçəsi 14/16 ünvanının qarşısında uca səslə danışan 1989-cu il təvəllüdlü Xəqani Dəmirova yaxınlaşan polis serjantı, 35 yaşlı Faiq İbrahimov onu intizama dəvət edib. Lakin X.Dəmirov polisin tələbinə məhəl qoymayıb və üstündəki bıçağı çıxararaq onu hədələyib. Bu zaman tərəflər əlbəyaxa olublar və 25 yaşlı oğlan polis əməkdaşına yumruqla zərbələr endirib. Zərbə nəticəsində F.İbrahimovun burnu qırılıb. Faktla bağlı araşdırmalar aparılır.
ŞƏRH YAZ
Ad

E-mail

Şərh