Bakıda polislərimiz bu silahla öldürülüb - FOTO

Bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.
Avtosfer.az xəbər verir ki, verilən rəsmi məlumatda şübhəlinin polis əməkdaşlarını “Lancaster” kalibrli ov tüfəngi ilə qətlə yetirdiyi qeyd olunub.
Məlumat üçün qeyd edək ki, “Lancaster” kalibrli ov tüfəngləri arasında Azərbaycanda ən geniş yayılanı Rusiya istehsalı olan “Vepr-1V” yarımavtomatik silahıdır. 9.6/53 “Lancaster” kalibrli bu ov tüfənginin çəkisi 3.985 qram, xəzinə tutumu 5 güllədir.

Bu kalibrdən olan digər ov tüfəngləri arasında Rusiyanın “Kalaşnikov” konserninin istehsalı olan Mr-155 silahının bazasında yığılan 12 kalibirli TG1, eyni zamanda SVD (snayper) bazasında yığılan, “Tiqr” karabinin konstruksiyasını təkrar edən 9,6/53 kalibirli TG3 silahlarıdır. Bu silahların da hər birinin xəzinəsi 5 ədəd patron tutur.
Qeyd edək ki, silahların hamısı Azərbaycanda Ovçular mağazalarında satışdadır.
(axar.az)
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA











