Bakıda qadınlar avtobusda kişi üstündə saçyolduya çıxdı

Ötən gün Bakıda sərnişin avtobusunda qadınlar saçyoldusuna çıxıblar. Ansress-in məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, “Nərimanov” metrosu istiqamətində hərəkətdə olan 202 saylı xətt avtobusunda baş verib. Avtobus “Gənclik” metrosunun qarşısında dayanan zaman avtobusa təqribən 30-33 yaşı olan qadın minib. Qadın avtobusda dayanmış 40 yaşlı qadın və həyat yoldaşının yanında dayanıb. O, tutacaqdan tutmaq istərkən əli kişinin əlinə dəyib. Kişi dərhal əlini çəkib. Lakin bu hal bir neçə dəfə təkrarlanıb. Buna dözməyən kişinin həyat yoldaşı deyinməyə başlayıb. Qadın əvvəlcə ərinin əlinə toxunana qadını söyüb. “Adamın abır-həyası olar. Utanmırsan, bayaqdan ərimdən əl çəkmirsən?”, - deyə qadın qabağındakına açıqlanıb. Buna cavab olaraq digər qadın da səsini yüksəldib. “Qoca arvadsan, utanmırsan mənə şər atırsan. Elə bil bunun ərinə qalmışam. Öz ərimə nə gəlib, neynirəm sənin bədbəxt ərini, qoca kaftar”.
Bunu eşidən 40 yaşlı qadın ərinin “qeyrəti”ni qorumaq üçün həmcinsinin üstünə hücum edib və qadınlar əlbəyaxa davaya başlayıblar. Digər sərnişinlər onları ayırmağa çalışsalar da, qadınları sakitləşdirmək mümkün olmayıb. Hətta avtobusdakı digər sərnişinlərədə xəsarət dəyib. Maraqlısı odur ki, qadınların uğrunda dalaşdığı kişiyə bu hadisə cüzi də olsa təsir etməyib və o davaya müdaxilə etməyib. Qadınları digər sərnişinlərin köməyi ilə ayırmaq mümkün olub. Ərlə arvad “Azadlıq Prospketi” metrostansiyasının yaxınlığında, digər qadın isə Biləcəri qəsəbəsində avtobusdan düşüblər.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












