Qəza törədərək aşan “Porsche”ni kim sürüb? - Gah qadın deyirlər, gah kişi - FOTOLAR
Gündəm
25 May 2021 14:13

Bakıda gecə saatlarında “Porsche” markalı avtmobil qəza törədib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 00:05 radələrində Yasamal rayonu, Nərimanov prospektində baş verib. Yayılan ilkin informasiyada və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib. Lakin rəsmi sənədlərdə "Porsche"ni Teymur Əhmədovun sürdüyü qeyd edilib. 30 yaşlı T. Əhmədov yüksək sürətlə idarə etdiyi “Porsche Cayenne” markalı 10 BB 709 nörməli avtomobili diqqətinin yayınması nəticəsində yolun kənarındakı maneələrə çırpıb. Nəticədə avtomobil aşıb. Sürücü T.Əhmədov və avtomobildə olan həmyaşıdı qızlar – Gülüzə və Aytən bədən xəsarətləri alıblar. Onlar Travmatologiya İnstitutuna yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza haqda ilkin məlumatı APA yayıb.
***
Əldə etdiyimiz məlumata görə, qəzaya düşən "Porsche" markalı 10 BB 709 nömrəli avtomobil Bağırlı Soltan İntiqam oğlunun adınadır.



Oxunub : 6828
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
ŞƏRH YAZ












