Bakıda sakinlər yük maşınlarının qarşısını kəsdi - VİDEO

Uzun müddətdir evlərinə yaxın ərazidə aparılan təmir işləri ucbatından normal yaşayışlarının pozulduğunu deyən sakinlər bu gün buna etiraz olaraq əraziyə gedən yolu kəsiblər. ANS-in məlumatına görə, nəticədə 10-a yaxın yük maşını bir neçə saat fəaliyyətini dayandırıb. Söhbət Zığ şossesindən, Hövsan qəsəbəsi istiqamətinə gedən yolda tikilən evlərdə yaşayan sakinlərdən gedir. Sakin Büləqəm Qarayevanın sözlərinə görə, pəncərəni aça bilmirəm: “Uşaqları eşiyə buraxa bilmirəm. Özüm şəxsən gedib şəhərdə kirayə qalıram. Mən evdə otura bilmirəm, nəfəs almaq qeyri-mümkündür”.
Sakin Solmaz Səfərova isə deyir ki, özümdə xəstəlik tapmışam, asma xəstəsiyəm: “Məcbur qalıb işimin dalınca gedirəm. Evin təmizliyi bir tərəfə qalsın, bu, mənim səhhətimə də ziyandır“.
Sakinlər deyir ki, əraziyə gətirilən yük maşınlarının getdiyi yoldan çıxan toz-duman elə bir vəziyyət yaradır ki, göz-gözü görmür. Hava küləkli olanda isə vəziyyət daha da pis olur. Halbuki, küləkli hava şəraitində yollar əvvəlcə sulanmalı, daha sonra ərazidən yük maşınları keçməlidir. Qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz isə boşa çıxdı. Tikintini həyata keçirən şirkətin əraziyə xüsusi su maşını göndərdiyinin də şahidi olduq. Tozlu ərazi sulandıqdan sonra yük maşınları yenidən fəaliyyətini bərpa etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə öyrəndik ki, paytaxt ərazisində havada tozun miqdarı aylıq nəzərdə tutulan normadan 20 faiz çoxdur. Bu cür halların qarşısını almaq üçün isə nazirlik tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Nazirlikdən o da bildirildi ki, havada tozun miqdarının qarşısını almaq üçün reydlər bundan sonra da aparılacaq.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










