Bakıda şəhidin məzarına gedən yolu bağladılar - Atası FƏRYAD EDİR - FOTO

2016-cı il şanlı aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı qarşılaşdığı özbaşınalıqla bağlı redaksiyamıza şikayət edib.
Avtosfer.az-ın məlumatına görə, o, Redaktor.az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, gözünün ağı-qarası tək oğlu Fəxrəddin şəhid olandan sonra hər həftə bir neçə dəfə onun məzarını ziyarət edir:
“Fəxrəddin təzə şəhid olanda hər gün məzarı başındaydım. Sonra qohumların təkidiylə bu ziyarətləri hər gün yox, hər həftə etməyə başladım. Oğlumun məzarı tək təsəlli tapdığım yerdir. Hər həftə bir neçə dəfə gedib onunla dərdləşirəm. Bir gün Fəxrəddinin məzarını ziyarətə gedəndə isə qəribə bir mənzərəylə rastlaşdım”.
Şəhid atası deyib ki, Fəxrəddinin məzarına gedən yolun üstündə başqa bir şəxs qardaşını dəfn edib. İndi şəhidin məzarını ziyarətə gələndə məcbursan ki, qəbrin üstündən keçəsən:
“Oğlumu Sabunçu rayon Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn etmişik. Ötən həftə Fəxrəddinin məzarını ziyarətə gələndə gördüm ki, yolun üstündə kimisə dəfn edib, yolu kəsiblər. Dərhal bu işin üstünə düşdüm və öyrəndim ki, əslən Qərbi Azərbaycandan olan şəxs dünyasını dəyişmiş qardaşını yolun üstündə dəfn edərək yolu kəsib. Buna etiraz etsəm də, ölü yiyələri veclərinə almadılar. Onlara da izah etdim ki, ətrafda yer ola-ola niyə şəhidin məzarına gedən yolun üstündə adam dəfn edirsiniz”.
S.Qurbanlı bununla bağlı aidiyyatı orqanlara da müraciət etdiyini deyib:
“Sabunçu rayon İcra Hakimiyyətində və Pirşağı icra nümayəndəliyində də oldum və problemi dedim. Tələb etdim ki, dəfn edilən şəxs ordan çıxarılıb başqa yerə köçürülsün. Amma hələ ki, problem olduğu kimi qalıb. Bilmirəm o şəxsə yolun üstündə adam dəfn etmək üçün icazə verən şəxs kimdir. Sizin vasitənizlə ölkə başçısından kömək istəyirəm. Xahiş edirəm nə qədər ki, gec deyil, övladımın məzarını ziyarət etmək üçün gedib-gəldiyim yoldakı qəbir başqa yerə köçürülsün”.



Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu










