Bakıda şirkət maşını aşdı; 2 ölü, 6 yaralı

Bakıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 6 nəfər ağır xəsarətlər alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zığ şossesində qeydə alınıb. Şirkətlərdən birinə məxsus "Toyota" markalı pikap avtomobili şosse ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb, daha 7 nəfər isə yaralanıb. Yaralılardan 48 yaşlı Eyvaz Osmanov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
3 saylı Şəhər Klinik Xəstəxasnasından verilən məlumata görə, hazırda xəstəxananın reanimasiya şöbəsində 6 ağır yaralı var. Onlar aşağıdakılardır:
Mehdi Əlihüseynov, 37 yaş
Dadaş Ağayev, 38 yaş
Mehman Məhərrəmov, 44 yaş
Elşən Dəmirov, 55 yaş
Bəxtiyar Qəribov, 26 yaş
Zahid Zeynalov, 25 yaş.
İlkin ehtimala görə, qəzaya yüksək sürət və yağışlı hava səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə yerində ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO










