Bakıda süni intellektlə idarə olunan piyada keçidləri olacaq? - AÇIQLAMA

Bakıda nizamlanmayan bəzi piyada keçidlərində piyadaların axını kəsilmir və nəticədə sürücülər dəqiqələrlə keçiddə piyadaların keçməsini gözləməli olurlar. Bu səbəbdən belə keçidlərdə ya peşəkar nizamlayıcı, ya da işıqfor quraşdırılmalıdır ki, həm sürücülərin narazılığı azalsın, həm də yol hərəkətinin təhlükəsizliyi və axıcılığı təmin edilsin.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, müasir şəhərlərdə yol hərəkətində iştirak edənlər arasında ən üst pillədə piyada durur və şəhər də piyadaya uyğun qurulmalıdır:
"Mövcud hərəkət iştirakında da piyadanın üstünlüyü təmin olunmalıdır. Yəni piyada səkiləri rəvan, baryersiz və qısa keçidli olmalıdır. Axına uyğun olaraq nizamlanmayan və ya nizamlanan, işıqforlu idarə olunan keçidlər, həm düyməli, həm də adi işıqforlarla axınlar nizamlanmalı və piyadanın qısa, rahat, rəvan keçidləri təmin edilməlidir. Bu axınların təhlili Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən aparılır və düşünürəm ki, müasir dünyanın yeni texnologiyalarından, yəni süni intellektlə idarə olunan, ağıllı kameralarla işləyən sistemlərlə bunu daha optimal həll etmək mümkündür. Ümumi olaraq, şərait nə qədər çox yaradılırsa, insanların hərəkət növlərinə meyili bir o qədər artır. Yəni insanlar gördükcə ki, burada şərait var, yol rəvandır, piyada səkisi var və bu şəraitdə hərəkət edirlər. Piyada səkisinin yanında onun qısa keçidləri də olmalıdır. Yəni piyada uzun məsafə qət etməməlidir. Həmçinin, azmobilliləri də nəzərə alaraq, bu fazalarda əlavə saniyələr qoyulur ki, yaşlılar, uşaqlar, xəstələr hərəkət edə bilsin. Yəni hamı sürətlə hərəkət etməyə bilər və buna görə də bu şərait nəzərə alınaraq qurulmalıdır".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












