Bakıda sürücü avtomobilini tarixi binaya çırpdı

Dünən gecə Bakının Səbail rayonunda yol nəqliyyat hadisəsi başverib. İstiqlaliyyət küçəsində qeydə alınan hadisə zamanı üzü «Qoşa qala» qapısı istiqamətində hərəkət edən “VAZ-21015” markalı avtomobil idarəetməni itirərək yolun piyadalara aid hissəsinə keçib. Nəqliyyat vasitəsi əvvlcə Milli Elmlər akademiyasının Əlyazmalar istitutunun yerləşdiyi binaya çırpılıb. Daha sonra avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobilin sürücüsü 21 yaşlı Emin Kazımov xəsarət alıb. Yaralı hadisə yerinə cəlb edilən təcili tibbi yarım avtomaşınıilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, boyun nahiyəsindən xəsarət alan Emin Kazımova lazımi yardım göstərilib, hazırda onun vəziyyəti stabildir. Qəza baş verən ünvanda isə Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Hadisənin dəqiq baş vermə səbəbləri isə təyin ediləcək avtotexniki və tibbi ekspertizaların rəyindən sonra məlum olacaq. Anspress
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












