Bakıda sürücülərin ünvanı vaxtında tapması üçün yenilik edildi – FOTOLAR - ÖZƏL

Bu gün paytaxt Bakıda sürücülər üçün yenilik edilib. avtosfer.az saytının məlumatına görə, artıq Parlament, Hüseyn Cavid prospektlərində, eləcə də Mikayıl Müşfiq küçəsində yol hərəkəti iştirakçılarına gedəcəyi ünvanla bağlı məlumatverici nişanlar quraşdırılıb. Nişanların fotolarından da göründüyü kimi, hər bir istiqamət üzrə məşhur idarə və müəssisələrin, obyektlərin adları qeyd olunmaqla yanaşı həmin nişanın quraşdırıldığı küçənin adı baş tərəfdə qeyd olunur. Bu isə o deməkdir ki, sürücü hansı küçədə olduğunu və hansı istiqamətə necə getməli olduğunu dərhal anlaya biləcək. Doğrudur, bu nişanlar bir qədər görünməyən yerlərdə və diqqət çəkən forma və rəngə deyil. Amma ümumilikdə, bu, Bakıda ilk belə təcrübədir və şəhər sakinləri tərəfindən xoş qarşılanır. Dünyanın inkişaf etmiş ölkələrində mövcud olan bu cür sistemlər yol hərəkəti iştirakçılarının işini asanlaşdırır, onlara gedəcəkləri ünvanı tez tapmaqda yardımçı olur. Yeri gəlmişkən, bu nişanların quraşdırılması 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işlərinin tərkib hissəsidir və paytaxta təşrif buyuracaq qonaqların sərbəst hərəkətini təmin etməyə yönəlib.
Qeyd etmək yerinə düşər ki, iki il öncə Azərbaycanda Nəqliyyat Nazirliyinin tərkibində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılıb və bu qurum tərəfindən küçə və yollarda hərəkət istiqamətini bildirən monitorlar quraşdırılıb. Lakin sürücülərin əksəriyyəti də bu fikirdədir ki, bu tablolar gözlənilən nəticəni vermir. Burada yalnız müxtəlif tədbirlər reklam olunanda, işğal günləri ilə bağlı məlumatlar yerləşdiriləndə daha maraqlı olur. Ümumiyyətlə, hansısa əcnəbinin bu monitorların dəstəyi ilə Bakıda sərbəst edə biləcəyini düşünmək sadəlövhlük olardı. Belə də, heç yerli vətəndaşlar, şəxsən elə mən özüm də bu tablolara baxarkən konkret nəsə qavramaqda çətinlik çəkirəm. Çünki burada həm istiqamətlər düzgün əks olunmur, dəqiqlik yoxdur, həm də monitorlar arasında məsafə o qədər uzaqdır ki, onları izləməklə haradasa mənzil başına çatmaq mümkün deyil. Amma paytaxt küçələrində yenicə quraşdırılmağa başlanılan yeni məlumatverici yol nişanlarının faydalı olacağını düşünmək olar. Bir şərtlə ki, bu nişanlar görünən yerdə də daha çox diqqət çəkən formada olsun.
Elməddin Muradlı
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
















