Bakıda taksi sürücüsündən kişi müştəriyə əxlaqsız təklif

Bakıda «London taksi»sinin sürücüsü müştərisinə cinsi əlaqədə olmağı təklif edib. Bu barədə vesti.az-a Binəqədi rayon Polis Bölməsindən məlumat verilib. Məlumatda deyilir ki, Sumqayıt sakini 24 yaşlı Rəhman Rəhmanov (ad şərtidir) 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edib. O, ərizəsində gecə 02:00-da Bakı-Şamaxı magistralının Xocasən hissəsində “Murad” şadlıq evinin yaxınlığında «London taksi»sinə minib. Yolda taksi sürücüsü maşını saxlayıb ona cinsi əlaqədə olmağı təklif edib. Lakin buna razı olmayan Rəhman hemoseksuala 125 manat pul ödəməli olub. Hadisədən sonra zərərçəkmiş taksinin nömrəsini yazmağa imkan tapıb və dərhal polisə müraciət edib. Taksi sürücüsünün şəxsiyyətini müəyyənləşdirən polis əməkdaşları onu tutublar. Lakin 42 yaşlı Abşeron sakinin adı istintaq aparıldığı üçün açıqlanmır.
Binəqədi RPB-dən o da bildirilib ki, həmin taksi sürücüsü əvvəllər də müştərilərə qarşı bu tip hərəkətlər edib.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












