Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri AÇIQLANDI

Bakıda tıxacların səbəbləri deyildikdə adətən yol infrastrukturundan, avtomobil sayının çoxluğundan və parklanma problemlərindən danışılır. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev problemə fərqli rakursdan yanaşaraq diqqətçəkən bir məqama işarə edib.Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev problemə fərqli rakursdan yanaşaraq diqqətçəkən bir məqama işarə edib.
Onun sözlərinə görə, paytaxtda yol sıxlığının görünməyən, lakin ən real səbəblərindən biri elə idarəetmə mədəniyyətindəki köhnə yanaşmalardır.
Ekspert bildirir ki, Bakıda minlərlə insan hər gün yalnız bir kağız imzası, bir izahat, bir təsdiq və ya qısa bir sorğu üçün evindən çıxır. Halbuki bu proseslər artıq illərdir ki, rəqəmsallaşdırılıb və fiziki get-gələ heç bir ehtiyac yoxdur:
"Rəqəmsal həllərin tıxaca təsiri böyükdür, amma hələ də tam istifadə etmirik. Rəqəmsal kanallar formallıqdan çıxıb real icra mexanizminə çevrilməsə, nə yol şəbəkəsinin genişləndirilməsi, nə də yeni nəqliyyat xətləri tıxacları istənilən səviyyədə azalda biləcək. Şəhərdə hər kəsin səfərinin bir məqsədi var. Amma bu səfərlərin çoxu əslində rəqəmsallaşdırıla bilən xidmətlərə görə baş verir. Vətəndaş evindən, iş yerindən çıxmadan telefon, WhatsApp, rəsmi yazışma və onlayn çat vasitəsilə məsələsini həll edə bilməlidir. Kanallar var, amma çox hallarda vətəndaş yenə də fiziki ünvana yönləndirilir. Bu isə həm vaxt itkisi yaradır, həm əsəbləri tükəndirir, həm də şəhərin üzərinə əlavə trafik yükü qoyur".
Ekspert vurğulayır ki, problem sistemin özündə yox, istifadə mədəniyyətindədir:
"Əgər xidmətlər rəqəmsallaşıbsa, imzalar elektronlaşıbsa, niyə problemlərin idarə olunması hələ də köhnə metodla aparılır? Minlərlə insan hər gün yalnız bir sənəd üçün yola çıxır. Sovetdən çıxsaq da, sovet bizdən hələ də çıxmayıb".
Ağamirzəyevin sözlərinə görə, tıxacları azaltmağın ən sürətli və ən ucuz yolu məhz idarəetməni fiziki yönləndirmədən rəqəmsal həllə keçirməkdir. Ekspert real rəqəmsallaşmanın əsas şərtlərini belə sadalayıb:
- Vətəndaşa "gəlin" yox, "buradan həll edək" deyilməsi
- Onlayn kanalların formal deyil, funksional olması
- Qurumlarda idarəetmə mədəniyyətinin yenilənməsi
- Xidmətlərin yalnız texniki deyil, ideoloji olaraq da rəqəmsallaşması.
Ekspert hesab edir ki, bu dəyişikliklər baş versə, minlərlə insanın hər gün yola çıxmasına ehtiyac qalmayacaq və nəticədə tıxac yükü hiss olunacaq dərəcədə azalacaq.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











