Bakıda tozun qarşısını almaq üçün TƏKLİFLƏR

Bakıda küləyin yaratdığı toz insan sağlamlığı üçün çox təhlükəlidir. Bununla bağlı həkimlər də həyəcan təbili çalırlar.
Bakı və ətraf ərazilərdə küləyin yaratdığı tozun qarşısını almaq üçün hansı ekoloji tədbirlər görülə bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan ekoloq Rövşən Abbasov bildirdi ki, Bakıda havanın daha tozlu olmasının təbii və insan mənşəli səbəbləri var. Onun sözlərinə görə, havanın tozlu olmasına təsir edən təbii səbəblərdən biri Abşeron yarımadasının əsasən quraq ərazidə yerləşməsi, bitki örtüyünün zəif olmasıdır ki, bunlar da əlavə tozlanmalara səbəb olur:
"Bəzi hallarda Bakıya sərhəd tozları da gəlir. Belə ki, bu tozlanma Xəzər dənizi üzərindən Türkmənistan ərazisindən gələ bilir və Bakı ərazisində kəskin artır. Şəhərdə tozlanmaya səbəb olan əsas məslələr sırasında tikini şirkətlərinin standartlara əməl etməməsi, avtomobillərin hərəkəti zamanı ətrafa yayılan toz hissəcikləri də tozlanmanın artmasına səbəb olur. Bunun qarşısını almaq üçün avtomobillərin sayını azaldıb, ictimai nəqliyyatı gücləndirmək lazımdır".
Ekspert bildirdi ki, tozun qarşısını almaq üçün yaşıllıqların sayı daha da artırılmalıdır.
"Yeni parklar salınmalıdır. Son vaxtlar sökülən evlərin yerinə parkların salınması düşünülən məsələlərdəndir. İnsanlar tozlu havada özünü qorumağı bacarmalı, maskadan istifadə etməlidir. Tozlu havalarda evdən çıxmaq məsləhət görülmür", - deyə R.Abbasov qeyd etdi (redaktor.az).
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











