Bakıda velosiped davası ölümlə nəticələndi - FOTO

Bakının Nəsimi rayonu ərazisində yerləşən “Korol” gecə klubunun qarşısında törədilmiş qətlin təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən gecə klublarından birinin qarşısında baş vermiş qətl hadisəsinin də üstünü açıb. Belə ki, Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarətilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb. Bu zaman Emin Ağazadə üstündə gəzdirdiyi bıçaqla Vüsal Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Nurlan
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










