Bakıda velosipedçiləri gözləyən görünməz təhlükə: Günahkar kimdir? - VİDEO

Şəhərin mərkəzi küçə və prospektlərini Dənizkənarı Milli Parkla əlaqələndirən velosiped yolunun inşası davam edir. Yolun A.Puşkin, Ü.Hacıbəyov və R.Behbudov küçələrinin müəyyən yerlərindən keçən 2 km-dən artıq hissəsi hazırdır. Müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilərək velosiped istifadəçilərinin istifadəsinə verilib.
Bu barədə oxu.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda yolun “Sahil bağı” ətrafından keçən hissəsi inşa edilir:
“Bu ərazidə “Formula-1” Azərbaycan Qran-prisi zamanı quraşdırılan bəzi qurğuların və texniki vasitələrin hissələrinin çıxarılması iş icraçıları tərəfindən tam həyata keçirilməyib. Bu səbəbdən tikinti işləri yekunlaşmayana qədər velosiped və skuter istifadəçilərinə bu yollardan istifadə etməmələrini tövsiyə edirik”.
13:28
Bakıda velosiped yolunda görünməyən maneələr təhlükə saçır.
Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza görüntülər göndərilib.
Vətəndaş iddia edir ki, velosiped, skuter sürənləri xüsusi zolaqlarda “sürprizlər” gözləyir:
“Bura Sahil bağının yanıdır. Velosiped və skuter üçün xüsusi zolaq ayrılıb, təqdirəlayiqdir. Lakin həmin zolağın ortasında dəmir profillər qalıb. Velosiped sürənlər bunu nəinki axşam saatlarında, heç gündüz, işıqlı havada görə bilməzlər. Belə olan halda yıxılaraq ciddi xəsarətlər ala bilərlər. Bu səbəbdən insanlar ağır xəsarət alarlarsa, günahkar kimdir? Buna kim cavab verəcək?”
oxu.az
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












