Bakıda vəzifəli şəxsin oğlu bacısını güllələyib öldürdü - FOTO

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. Nümyəndənin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb. Avtosfer.az bildirir ki, Müsavat.com məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, hazırda hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qətlin hansı motivlə törədilməsi istintaqın gedişində müəyyən olunacaq. Dəhşətli olayla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Rahil Babayev
Xatırladaq ki, Rahil Babayevin adı ahıl yaşda olan 2 qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi.
80 yaşlı Afət Əzizova və 91 yaşlı Xumarə Şabanova deyirdilər ki, Rahil Babayevin də olduğu dəstə onlara saxta ölüm şahədətnaməsi düzəldib. Onların ailə tərkibləri haqda saxta arayış yazaraq imzalayıb və sonradan boş torpaq sahələrinə aid sənədlər üzrə saxtakarlıqlar həyata keçirilib.
Məsələnin üstü Afət Əzizova torpaq sahəsini oğlunun adına keçirmək istəyərkən açılıb. İşə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxılırdı. İlkin araşdırmalardan sonra cinayət işinin başlanması rədd edilib. Afət Əzizova və Xumara Şabanova Baş Prokurorluğa gedərək onlara qarşı baş vermiş cinayətin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmasını tələb ediblər.

Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












