Bakıda yaşıl hibrid dəhlizlərin yaradılması təklif edilir

Sürətli urbanizasiya prosesi nəticəsində şəhərdə mütəmadi subasma halları, “istilik adası” effekti, havanın çirklənməsi, yaşıllıq sahələrinin azalması kimi hallar müşahidə olunur.
Bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.
Məlumatda deyilir: “Belə neqativ hallar müasir ictimai nəqliyyat sisteminin inkişafı, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, paytaxtın mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması və ətraf mühitin mühafizəsi ilə bağlı kompleks tədbirlərin əlaqələndirilmiş şəkildə icrası nəticəsində aradan qaldırılacaq. Şəhər ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu məqsədlə, “Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)” uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8m2-ə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".
Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və aşağıdakı layihələrin həyata keçirilməsi planlaşdırılır:
- Xocahəsən gölünün ətrafında geniş parkın salınması;
- Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması (Bibiheybət ərazisi daxil olmaqla);
- Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması;
- Şəhər daxilində “yaşıl hibrid dəhlizlər” sisteminin tətbiqi.
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO












