Bakıda yeni PARK SALINACAQ - Söküntü işlərinin həcmi açıqlanıb

Bakının Yasamal rayonundakı Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınmasının ehtimal olunan qiyməti 38 milyon manat təşkil edir.
Bu barədə Avtosfer.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 5 700 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər dekabrın 23-ü saat 17:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












