Bakıda yeni tunel kompleksi istifadəyə verilir - FOTOLAR

Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinin tikintisi başa çatmaq üzrədir Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan 2-ci tuneldə bu gündən etibarən asfalt-beton örtüyünün salınmasına başlanılıb. Uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı tunel Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək. Asfalt-beton örtüyün salınması işləri başa çatdıqdan sonra həmin tunel vasitəsilə nəqliyyatın hərəkəti təmin olunacaq və bundan sonra həmin ərazidə köməkçi hissənin asfaltlanmasına başlanılacaq. Demək olar ki, kompleksdə son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.
Emin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO














