Bakıdan Ermənistana neft göndərilməsinə reaksiya: "Əməkdaşlıq prosesinə başlanılıb"

"Artıq sülh danışıqları ərəfəsində əməkdaşlıq prosesinə başlanılıb". Avtosfer.az xəbər verir ki, bu fikri "Redaktor.az"a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyasının Ermənistana çatmasından danışarkən bildirdi.
Millət vəkilinin sözlərinə görə, bu, normaldır:

"Azərbaycan qalib ölkə kimi bu istiqamətdə öz addımlarını atmalıdır ki, biz daha tez sülhə nail ola bilək. Bu baxımdan da, məncə, təəccüblü bir şey yoxdur. Bu, elə normal bir münasibətlər sisteminin qurulması prosesidir və bu proses, ümumiyyətlə, cəmiyyətimizdə də dəstəklənir, dövlətlərarası münasibətlərin hansısa bir başlanğıc mərhələsi olaraq da faydalıdır. Bundan sonra isə əsas məsələ sülh sazişinin imzalanması, yolların açılması və digər mövzulardır. Bunlar da tədricən öz həllini tapacaq".
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












