Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb - FOTO

"Bu gün işğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysimiz başlayır".
"Report" xəbər verir ki, bunu Füzuli şəhərinə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.
O, bildirib ki, bu, yeni Bakı-Füzuli-Bakı maşrutudur:
"Reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq. Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını artıracağıq. Bu da təhlillərdən asılı olacaq. Reys Şuşa və Ağdam reysi ilə tamamilə eyni formatda təşkil olunur. Belə ki, avtobus və sərnişinlər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Ziyarət yerlərində bələdçilər olacaq.
Sərnişinlər bizim tarixi və mənəvi abidələri ziyarət edə biləcəklər. Bu mərhələdə Merdinli kənd məscidi, Füzuli şəhərinin mərkəzi, yeni Beynəlxalq Füzuli Hava Limanı və Qarğabazar Karvansaray kompleksi ziyarət olunacaq. Növbəti mərhələlərdə digər abidələr də ziyarət olunan yerlərə əlavə ediləcək. Biletlər yalnız "Yolumuz Qarabağa" portalı üzərindən onlayn qaydada satılır. Kassalarda bilet yoxdur".
"Füzulini ziyarət etmək istəyənlərin aktivliyi kifayət qədər yüksək olub. İlk reysdə bütün biletlər satılıb. Avtobus 59 nəfərlikdir", - Xidmət rəisi əlavə edib
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO













