Bakıdan Tiflisə ayaqüstə sərnişin daşınmasına reaksiya - FOTO

Ötən gün Bakıdan Tiflisə gedən avtobusda biabırçılıq yaşanıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Ləman Əliəşrəfqızı öz Facebook səhifəsində qeyd edib. Ləman xanım bildirib ki, avtobusun sürücüsü sərnişinlərə avtobusun pərdələrini bağlamağı tapşırıb ki, maşının içini görən olmasın.
"Ay camaat, avtovağzalı çıxaq, açarsız", - deyə sürücü bildirib.
Hadisə ilə bağlı Bakı Beynəlxalq Avtovağzal ilə əlaqə saxladıq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev BAKU.WS-ə açıqlamasında bu məsələnin araşdırılacağını bildirib. Onun sözlərinə görə, belə hallar ancaq avtovağzalın kənarında baş verə bilər. "Əməkdaşlarımız nəzarət edirlər. Yəqin sürücü yolda qalan sərnişini götürüb. Əslində avtobuslarımız yetərlidir. Həmin istiqamətə də sərnişin sıxlığı qeydə alınmayıb. Gürcüstana qədər ayaq üstündə gedən sərnişində də günah var. O boyda yolu ayaq üstündə getmək olar?”, - deyə Məhəmməd Abdullayev təəccüblənib.


Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












