Bakıda səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb - FOTO

TƏBİB-in təşkilatçılığı ilə həyata keçirilən səyyar vaksinasiya briqadaları fəaliyyətini davam etdirir.
Qurumdan Avtosfer.az-a bildirilib ki, ölkədə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcəklər. Artıq paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb.
Vaksin məntəqələrinin ünvanları: Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı) və Əsəd Əhmədov küçəsi, Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı).
Səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00 -a kimi fəaliyyət göstərəcək.
"Hər bir vətəndaşımızdan özünü və ətrafındakıları qoruması üçün vaksin olunmasını xahiş edirik", - TƏBİB-dən bildirilib.






Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












