“Bakıkart”ın dizaynı oğurluq çıxdı – FOTO

Bakı Metropolitenində yenicə istifadəyə verilən “Bakıkart”ın dizaynı oğurluq çıxıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynadakı ali məktəblərdən birinin tələbəsi olan operator Nəriman Süleymanov sosial şəbəkədə yazıb.
Süleymanov iki il öncə çəkdiyi fotonu paylaşaraq bildirib ki, “Bakıkart”ın üzərində olan foto ona məxsusdur: “Bu gördüyünüz yeni istifadəyə verilmiş “Bakıkart”dır. Sağdakı gördüyünüz kartın üzərindəki şəklin dizaynı isə mənə məxsusdur. İki il öncə hazırlamışdım. Xəbərim olmadan şəkil kartın üzərində çap olunub və icazə almadan şəkilə dəyişiklik olunub. Belə ki, “Heydər Əliyev Mərkəzi”nin fotosu da kartın üzərində əksini tapıb. Bu da şəklin orijinalı”- o yazıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “Bakıkart” metropolitenin məhsulu deyil.
“Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev bu faktı nə təkzib, nə də təsdiq edib. C.Əliyev bu məsələ ilə bağlı hər hansı şərh vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də Bakı Metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. Qiymətlərə gəlincə, “Bakıkart”ın (plastik kart) satışı 2 manat, “Bakıkart məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












