Bakını 5 ildən sonra tanımayacaqsınız - FOTOLAR

“Böyük Bakı” layihəsi üzrə görüləcək işlər bir neçə inkişaf mərhələsinə bölünüb. Anspress-in məlumatına görə, bu barədə layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. İnstitut direktoru bildirib ki, 2014-2015-ci illəri əhatə edən birinci mərhələ çoxmərkəzli inkişafa hazırlıqla bağlıdır. Buraya konkret layihələr üzrə hazırlıqların görülməsi, yerli iqtisadi inkişafın qiymətləndirilməsi qruplarının yaradılması, planlaşdırma işinin daha mütəşəkkil təşkili və s. daxildir. “2015- 2020-ci illərdə isə üstünlük çoxmərkəzli inkişafa veriləcək”, - deyən İ.İsbatovun sözlərinə görə, bu illərdə hüquq və maliyyə yardımı vasitəsilə yerli inkişafın dəstəklənməsi, yerli planlaşdırma ilə əlaqədar olaraq görüləcək işlərin müəyyən olunması, ətraf ərazilərlə nəqliyyat əlaqəsinin tam təmin edilməsi və digər məsələlərin həlli nəzərdə tutulub. Növbəti 2020-2025-ci illər isə çoxmərkəzli inkişafın tam formalaşması və tarazlı inkişafa keçid dövrü olacaq. Belə ki, “Böyük Bakı” layihəsinin inkişafının bu mərhələsində cənub sahilyanı ərazilərdə irimiqyaslı investisiya layihələrinin tamamlanması, Abşeron yarımadasında və cənub sahilyanı ərazilərdə əhalinin mənzil və sosial tələbatlarının ödənilməsi, mərkəzi biznes rayonunun ətrafında iki alt mərkəzin yaradılması və s. planlaşdırılıb. İnstitut direktoru qeyd edib ki, layihəyə əsasən son mərhələdə - 2025-2030-cu illərdə tarazlı inkişafa nail olunacaq. Şimal-qərb, Qərb, Cənub –qərb hissədə müvafiq olaraq iqtisadi, regional və mərkəzi inkişaf vektoru yaradılacaq. Həmçinin “Böyük Bakı” ərazisinin mərkəzində yüksək səviyyəyə malik Mərkəzi Biznes rayonunun (MBR) təşkili nəzərdə tutulub.
Qeyd edək ki, İlqar İsbatov 1987-ci ildə Moskva Memarlıq İnstitutunun şəhərsalma fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin Baş Planını işləyib hazırlayan emalatxanada işə başlayıb. O, 25 illik peşəkar fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlayıb və həyata keçirib. 13 fevral 2008-ci ildə İ.İsbatov Bakı Dövlət Layihə İnstitutuna direktor vəzifəsinə təyin edilib. Otən dövr ərzində o, institutun kadr potensialının və maddi-texniki bazasının inkişafında əhəmiyyətli işlər görməyə müvəffəq olub, həmçinin bir çox layihələrin hazırlanmasında bilavasitə iştirak edib. Neftçilər və İstiqlaliyyət küçələrindəki binaların fasadlarının yenidən qurulmasında, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov küçələrindəki yaşayış komplekslərinin layihələndirilməsində, FHN Akademiyasının təhsil korpusunun, Qəbələ İcra Hakimiyyətinin inzibati binasının, 132-134, 6 və 18 sayli məktəblərin, Nizami küçəsində ticarət mərkəzinin, yüksək mərtəbəli ofis binasının və s. layihələrin hazırlanmasına rəhbərlik edib və müəllifi olub. Baki Dövlət Layihə İnstitutu 2009, 2010-cu illərin nəticələrinə görə MDB ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi olub, İlqar İsbatov isə 2011-ci ilin nəticələrinə görə ən yaxşı layihə təşkilatı rəhbəri adına layiq gorülüb. 2009, 2010, 2011-ci illərdə ölkədaxili və MDB məkanında keçirilən ilin ən yaxşı layihələri və tikintisi nominasiyaları üzrə müsabiqələrin qalibi və laureatı olub. 2009-cu ildə başlanılan və 2011-ci ildə təhvil verilmiş Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin müəlliflərindən biri və layihənin baş memarı olub. Onun rəhbərliyi altında hal-hazırda Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasında Bakı Dövlət Layihə İnstitutu Baş Koordinator kimi iştirak edir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO



























