Bakını gözləyən DƏYİŞİKLİKLƏR - Yeni yollar ...

Son illər Bakı şəhərində yol və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılsa da, avtomobillərin sayının sürətlə artması və paytaxtın genişlənməsi mövcud nəqliyyat sisteminə əlavə yük yaradıb.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, artan tələbat fonunda nəqliyyat problemlərinin həlli üçün şəhərin Baş planında yeni və daha funksional yanaşma müəyyən edilib.
Yeni konsepsiya əsasən ictimai nəqliyyatın rolunun artırılmasına, nəqliyyat növləri arasında əlaqələrin gücləndirilməsinə və şəhərdaxili hərəkətin daha səmərəli təşkili məqsədinə xidmət edir.
Metro nəqliyyatı Bakı şəhərinin ictimai nəqliyyat sistemində əsas dayaqlardan biri olaraq qalacaq. Planlara əsasən, 2027-ci ilədək "28 May – Cəfər Cabbarlı" keçidində yaşıl və qırmızı xətlərin ayrılması nəzərdə tutulur. 2040-cı ilədək isə metro xətlərinin uzunluğu iki dəfəyə yaxın artırılaraq 73,4 kilometrə, stansiyaların sayı isə 46-ya çatdırılacaq.
Dəmir yolu nəqliyyatı da paytaxtın nəqliyyat xəritəsində mühüm yer tutacaq. Abşeron yarımadasında yeni və yenilənmiş sərnişin stansiyalarının istifadəyə verilməsi, Bakı Dəmir Yolu Vağzalı ilə müxtəlif istiqamətlərin birbaşa əlaqələndirilməsi planlaşdırılır. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu bağlantısının yaradılması və şəhərətrafı qəsəbələrə müntəzəm qatar reyslərinin təşkili nəzərdə tutulur. 2040-cı ilədək dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 338,6 kilometrə çatdırılacaq.
Küçə-yol şəbəkəsinin inkişafında isə yeni planlaşdırma modeli tətbiq olunacaq. Mövcud radial və həlqəvi yollar diaqonal marşrutlarla tamamlanacaq, Bakı–Sumqayıt istiqamətində yeni magistral yol çəkiləcək, həmçinin xarici dairəvi yollar vasitəsilə şəhər mərkəzinə düşən nəqliyyat yükü azaldılacaq. Görüləcək tədbirlər nəticəsində 2040-cı ilədək yol şəbəkəsinin ümumi uzunluğu 2668 kilometrə çatdırılacaq.
Baş plan çərçivəsində alternativ nəqliyyat növlərinin inkişafı da xüsusi yer tutur. Şəhərdə velosiped yollarının mərhələli şəkildə genişləndirilməsi və ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqlarının artırılması nəzərdə tutulur. 2040-cı ilədək velosiped zolaqlarının uzunluğu təxminən 285 kilometr, ictimai nəqliyyat üçün ayrılmış xüsusi zolaqların uzunluğu isə 112 kilometrdən artıq olacaq.
Beləliklə, yeni nəqliyyat konsepsiyası Bakının avtomobil mərkəzli şəhərdən daha balanslı, rahat və davamlı nəqliyyat sisteminə malik paytaxta çevrilməsini hədəfləyir. Bu yanaşma həm tıxacların azaldılmasına, həm də şəhər sakinlərinin gündəlik hərəkətinin asanlaşdırılmasına yönəlib.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












