Bakını tıxacdan necə çıxaraq? - TƏKLİF

Paytaxt yollarındakı tıxac uzun illərdir üzləşdiyimiz və həllini tapa bilməyən problemlərdən biridir. Yeni dərs ilinin başlamasıyla yollarda vəziyyət daha dözülməz həddə çatıb.
Bəs bunun qarşını almaq üçün hansı addımlar atılmalıdır?Doğrudanmı, Bakını tıxacdan çıxarmaq çətin məsələdir?
Mövzu ilə açıqlama verən deputat Fazil Mustafa bildirib ki, tıxacın aradan qaldırılmasında ən optimal yol paytaxtın köçürülməsidir ki, bu ağır bir prosesdir və iqtisadi məsrəfi böyükdür:
“Amma tıxacların qarşını almaq üçün çıxış yolu kimi Bakıda başqa bir imkan görmürəm. İmkanlar geniş olanda Xəzərin üstündən körpü çəkilişini gerçəkləşdirmək olardı və dairəvi xətt üzrə şəhərətrafı ilə şəhərə yetişmək mümkün olardı”.

Fazil Mustafa: Ən optimal yol paytaxtın köçürülməsidir ki, bu da...
Metro tikintisinin bərbad vəziyyətdə qaldığını deyən müsahibimiz qeyd edib ki, Bakı şəhəri üzrə minimum 150 metro stansiyasına ehtiyac var və bu stansiyaların kasadlığı da problem yaradır:
“İctimai nəqliyyat sektorunda metronun tikintisini sürətləndirib yaxın 10 ilə böyük bir atılım etmək olar və bu, tıxacın qarşısını ala bilər. Başqa cür bu tıxacın qarşısını almaq mümkün deyil”.
(baki.vaxti)
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












