Bakının altında ölüm “şəhəri”: Hər an böyük faciə baş verə bilər – XƏBƏRDARLIQ

Bakıda yolların çökməsi ilə bağlı artan hallar ictimaiyyətdə narahatlıq doğurur. Bir müddət əvvəl gənc oğlanın asfaltın çökməsi nəticəsində kanalizasiya xəttinə düşməsi bu təhlükənin real olduğunu bir daha göstərdi. Ekspertlər xəbərdarlıq edirlər ki, paytaxtın alt infrastrukturu illərdir sistemsiz şəkildə formalaşdırılıb və ciddi problemlərlə üz-üzədir. Bu isə həm sürücülər, həm də piyadalar üçün birbaşa həyat təhlükəsi yaradır.
Bəs problemin səbəbi nədir, qarşısı necə alınmalıdır?
Nəqliyyat eksperti Elməddin Muradlı Bakıda yol infrastrukturunun dağılmasının əsas səbəbi kimi keyfiyyətsiz və sistemsiz tikinti işlərini göstərib.
Onun sözlərinə görə, zamanında görülməyən profilaktik tədbirlər, düzgün planlaşdırılmayan su-kanalizasiya xətləri və yeraltı axınların nəzarətsiz qalması nəticəsində yollar və səkilər çökür, insanlar üçün təhlükə yaranır:
“Əgər sistemlər vaxtında və düzgün qurulsaydı, bu qədər ağır nəticələrlə üzləşməzdik. Vaxtilə çox ciddi səhvlərə yol verilib. Bu gün isə yollar, hətta səkilər artıq təhlükə mənbəyinə çevrilib. Bakının altı sanki görünməyən bir “dənizdir”. Yağış, kanalizasiya, qrunt suları və yeraltı axınlar düzgün tənzimlənmədiyindən çökmə hallarına səbəb olur. İnsanlar artıq qorxur ki, yolda gedərkən asfalt çökəcək”.
E.Muradlı bu vəziyyətin aradan qaldırılması üçün təcili şəkildə geoloji tədqiqatların aparılmasını və infrastrukturun təhlükəli sahələrinin müəyyənləşdirilərək yenidən qurulmasını zəruri sayır:
“Bu şəhərin altında nə baş verdiyini bilmədən, problemi həll etmək mümkün deyil. Əgər hardasa təhlükə varsa, onun qarşısı əvvəlcədən alınmalıdır. Əks halda, biz sadəcə fəsadların baş verməsini gözləyirik – bu isə düzgün yanaşma deyil”.
Ekspert vurğulayıb ki, xüsusilə son qar yağışlarından sonra yolların vəziyyəti daha da pisləşib:
“Qar və yağış yolları sıradan çıxarır. Artıq mən özüm də qorxu ilə küçədə hərəkət edirəm. Küçədə gedərkən yol hər an çökə bilər. Amma heç bir rəsmi qurum çıxıb vəziyyətlə bağlı açıqlama vermir. Demirlər ki, təhlükə var, ya da yoxdur. Bu məsələlərin üstündən susqunluqla keçilir.
Əslində bu, çox ciddi və köklü problem olduğu üçün onu qısa zamanda həll etmək də mümkün deyil. Milyardlarla vəsait tələb edən məsələlərdir və bu sahədə yeni qurumları da ittiham etmək düzgün olmaz. Amma risk getdikcə artır və insanlar real təhlükə ilə üz-üzədir”.(globalinfo.az)
Heydər Əliyev prospektində iş yerləri artdıqca səki problemi yaranır – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Klassik və sürət avtomobillərinin festivalı başa çatdı - FOTO - VİDEO
Xarici işlər nazirlərin üçtərəfli görüşü keçiriləcək
Qadınlar yol qəzalarında daha çox yaralanırlar - Gözlənilməz səbəb
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə gedə biləcəyik? - Yeni marşrutlar AÇIQLANDI
Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir - ADY rəsmisi
Masazırdakı bu yolun vəziyyətindən sürücülər NARAZIDIR - VİDEO
TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək - Nikol Paşinyan
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA










