Bakının bəzi küçələri təmir olundu – FOTO + VİDEO

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, daha bir yol yüksək keyfiyyətlə təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən oxu.az-a daxil olan məlumata görə, söhbət Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələrindən, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsilərindən gedir. Burda hərəkət intensivliyi nəzərə alınaraq təmir işləri qısa müddət ərzində, yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb. Bir-neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi.
Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib.
Ümumilikdə burda 12 500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılıb.
Təmir işləri çərçivəsində 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb. Şəxsən Nəqliyyat naziri və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları dəyişdirilıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB










