Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, bu gün səhər saat 11:00-dan etibarən, Mikayıl Useynov küçəsində, Azneft dairəsi ilə Dövlət Bayrağı meydanı istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bayraq meydanından Azneft dairəsi istiqamətində isə xətlənmə işləri hava şəraiti normal olarsa, sabah - aprelin 23-də həyata keçiriləcək: "Bununla əlaqədar yolda nəqliyyatın hərəkətı bu gün Bayraq meydanı istiqamətində, sabah isə əks istiqamətdə məhdudlaşdırılacaq".
P.Mürsəliyev qeyd edib ki, bu gün axşam həmçinin saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlərin aparılmasına başlanacaq: "Bununla bağlı Keykab Səfərəliyeva küçəsində hərəkət tam, Dilarə Əliyeva küçəsində qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır".
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












