Bakının dəmir yollarında hansı yeniliklər ola bilər? - EKSPERT AÇIQLADI

Dəmir yolu nəqliyyatı təhlükəsiz olmaqla yanaşı, həm də tıxacların qarşısını almaqda mühüm rola sahibdir. Rahat, komfortlu, sürətli və ucuz nəqliyyat vasitəsi olan dəmir yolu xətlərinin genişdirilməsi məsələsi artıq vacibləşir. Həm taksilərlə bağlı qoyulan tələblər, həm də ictimai nəqliyyatın yaxşılaşdırılması sahəsində edilməli olan yeniliklər bunu daha önə çıxarır. Həmçinin dəmir yollarının genişləndirilməsi Bakının yeni baş planında da öz əksini tapıb.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzıyev bildirib ki, dəmir yolu Bakı şəhərinin baş planında göstərilən işlərdən reallaşmaq üçün ən məqsədəuyğunu hesab olunur: “Çünki mövcud dəmir yolu şəbəkəmiz var, onun sağlamlaşdırma işi görülməlidir. Sürətin artırılması yönünü və yeni dəmir yolu üçün hərəkət tərkibi sifariş verilməlidir. Nəzərə alaq ki, dəmir yolu sürətli, komfortlu və təhlükəsizdir. Həmçinin ekologiyanın dostudur, yəni ekoloji cəhətdən təmiz növdür. Şəhərin daxilində baş planda qeyd olunmuş müəyyən stansiyalar var ki, onlar şəhər nəqliyyatında metronun və avtobusun yükünü qismən öz üzərinə götürə bilər. Ümumiyyətlə mövcud dəmir yolumuz varsa, Xırdalan istiqamətinə, onun sadəcə intensivliyini artırmaq lazımdır və bu da metro funksiyasını yerinə yetirir. Sadəcə əlavə stansiyalar tikilməlidir”.
Ekspert köhnə dəmir yolu xətlərinə də münasibət bildirərək, qeyd edib ki, köhnə dəmir yolu xətləri yəni, sənaye xətləri əsasən Binəqədi ərazisində mövcuddur: “Düşünürəm ki, uzun illər Binəqədiyə metro ideyası var idi. Bunu məhz dəmir yolunun tramvay variantına kombinə olunmuş formada hərəkət təşkil etmək olar. Həmçinin də gələcəkdə də “Binəqədi cənub” stansiyası qurulursa bu multimodal daşımanın bir hissəsi ola bilər. Əgər digər növlərlə müqayisə aparsaq, dəmir yolundakı inkişaf, həmçinin də mövcud avtobus şəbəkəsində olan problemin də qismən aradan qaldırmış olacaq”.
Məhəbbət Tərlanoğlu
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












