Bakının iki rayonunda qəzalı binalar SÖKÜLƏCƏK - SİYAHI

Bakının daha iki rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri bu dəfə Sabunçu və Suraxanı rayonları üzrə həyata keçiriləcək.
Məlumata görə, Sabunçu rayonunda söküntü işləri Babək küçəsi, ev 23, M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32, Suraxanı rayonunda isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.
Qeyd edək ki, daha əvvəl Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












