Bakının kanalizasiya sisteminə 572 milyon manat ayrıldı: ADSEA müqavilələr bağladı

"Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi (PHŞ) tərəfindən həyata keçirilən bir sıra kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələri üzrə satınalma prosesləri yekunlaşıb. Avtosfer.az xəbər verir ki, layihələr çərçivəsində müxtəlif hövzələrdə həyata keçiriləcək işlər üçün bir mənbə üsulu ilə müqavilələr bağlanıb. Satınalmaların ümumi dəyəri 572 milyon 447 min 390 manat təşkil edir.
Müqavilələri təqdim edirik:
- Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi: "Nort Vest Konstrakşn" MMC ilə müqavilə bağlanıb. Müqavilənin dəyəri 135 milyon manat. Layihə 28 fevral 2029-cu ilədək tamamlanacaq.
- Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektorunun tikintisi: "Nort Vest Konstrakşn" MMC ilə müqavilə bağlanıb. Dəyəri 95 milyon manat. Layihə 28 fevral 2029-cu ilədək tamamlanacaq.
- Lökbatan hövzəsi üzrə sutəmizləyici qurğunun tikintisi: "Euroline" QSC ilə müqavilə imzalanıb. Dəyəri 164 milyon 998 min 195 manat. Tikinti müddəti 2 iyul 2029-cu tarixində başa çatacaq.
- Müşfiqabad hövzəsi üzrə sutəmizləyici qurğunun tikintisi: Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC ilə müqavilə bağlanıb. Dəyəri 102 milyon 486 min 424 manat. Layihə 2 iyul 2029-cu il tarixində başa çatacaq.
- Böyükşor hövzəsi üzrə sutəmizləyici qurğunun tikintisi: "AGE" MMC ilə müqavilə imzalanıb. Dəyəri 64 milyon 698 min 255 manat. Layihə 2 iyul 2029-cu il tarixində başa çatacaq.
- Ələt qəsəbəsində sutəmizləyici qurğu və gətirici kanalizasiya kollektorlarının tikintisi: "AGE" MMC ilə müqavilə bağlanıb, dəyəri 3 milyon 454 min 500 manat. Layihə 28 fevral 2027-ci il tarixində başa çatacaq.
- Hövsan-Binə-Maştağa-Türkan hövzəsi üzrə magistral kollektorların layihə-smeta sənədlərinin hazırlanması: "Hidroloq" MMC ilə müqavilə bağlanıb, dəyəri 2 milyon 763 min 560 manat. Layihəyə 1 dekabr 2026-cı il tarixində yekun vurulacaq.
- Sahil qəsəbəsi hövzəsi üzrə sutəmizləyici qurğu və magistral kollektorların layihə-smeta sənədlərinin hazırlanması: "Hidroloq" MMC ilə müqavilə bağlanıb, dəyəri 986 min 952 manatdır.
- Pirallahı hövzəsi üzrə sutəmizləyici qurğu və magistral kollektorların layihə-smeta sənədlərinin hazırlanması: "Hidroloq" MMC ilə müqavilə bağlanıb, dəyəri 789 min 420 manatdır.
- Şüvəlan hövzəsi üzrə sutəmizləyici qurğu və magistral kollektorların layihə-smeta sənədlərinin hazırlanması: "Hidroloq" MMC ilə müqavilə bağlanıb, dəyəri 2 milyon 270 min 84 manatdır.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











