Bakının mərkəzi niyə tıxandı?

Bu gün səhər tezdən etibarən paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı və tıxaclar müşahidə edilir. Hətta bəzi yollarda hərəkət iflic vəziyyətinə düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın sorğunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, problem paytaxın Zərifə Əliyeva küçəsində aparılan təmir işləri ilə əlaqədardır: "Zərifə Əliyeva küçəsi ilə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Z.Əliyeva küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinədək hissəsində yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq hərəkət istiqaməti dəyişdirilib. Sürücülərdən xahiş edilir ki, Z.Əliyeva küçəsi ilə hərəkət edərək "Azneft" dairəsi, 20-ci Sahə və Bayıl qəsəbələri istiqamətində hərəkət edəcəklərsə, alternativ yol kimi metronun "Gənclik" stansiyasına bitişik küçə və prospektlərlə Ziya Bünyadov prospekti, Qurd qapısı, Badamdar qəsəbəsindən keçməklə hərəkət edə bilərlər".
Bölmə rəisi əlavə edib ki, hazırda paytaxtın mərkəzi küçələrində - Xaqani küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində, həmçinin Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində, eləcə də Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinədək olan hissəsində yeni asfalt örtüyünün çəkilişi aparıldığından bu istiqamətlər üzrə kəsişən küçə və prospektlərdə ciddi nəqliyyat sıxlığı yaşanır: "Sıxlığın, ləngimələrin olmaması və yol qəzalarının baş verməməsi üçün vətəndaşlara bu istiqamətlər üzrə ictimai nəqliyyat vasitələrindən istifadə etməklə hərəkət etmələrinə üstünlük vermələri tövsiyə olunur".
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA










