Bakının mərkəzində elektron siqaret reklam edilir; Milli Məclis qadağa təklif edir - FOTO

Son günlər ictimaiyyət arasında narazılıq yaradan məsələlərdən biri də elektron siqaretlərin satışı və reklamının kütləvi şəkil almasıdır.
Avtosfer.az xəbər verir ki, bu gün ölkənin bütün şəhərlərində elektron siqaret, onun hissələri - yağlar, filter və s. kimi kompanentlərin satışı ilə məşğul olan obyektlər fəaliyyət göstərir. Bütün inkişaf etmiş ölkələrdə bu məhsulların istehsalı və satışı qadağan olunduğu halda, Azərbaycan və onun kimi ölkələrdə hələ də bu məhsulların açıq şəkildə ticarətinə icazə verilir. Polşa, Macarıstan, Çexiya kimi ölkələrdə bu məhsullar istehsal edilir, lakin Avropanın iri ticarət şəhərlərində satışı qadağan edildiyi üçün Azərbaycan və digər inkişaf etməkdə olan ölkələrə göndərilir. Burda isə gənclərin kütləvi şəkildə marağına səbəb olan elektron siqaretlər onların özlərinin də xəbəri olmadan xəstəlik mənbəyinə çevrilir.
.jpg)
Dəfələrlə dövlət qurumları, ictimaiyyət nümayəndələri, həkim və ekspertlər tərəfindən elektron siqaretlərin istehlakının təhlükə yaratması ilə bağlı xəbərdarlıq edilsə də, sahibkarlar necəsə bu məhsulları gənclərin beyninə “yaza” biliblər. Məhz bu səbəbdəndir ki, bu gün illərdir Bakının mərkəzində - Fəvvarlər meydanında electron siqaretin satışı ilə məşğul olan köşk quraşdırılıb. Artıq onun icazəsini kim veribsə, məsuliyyət onun boynundadır. Digər tərəfdən, bu gün Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Tütün və tütün məmulatları haqqında” Qanun müzakirəyə çıxarılıb. Qanunda elektron siqaretlər, onların hissələrinin satışı və reklamı ilə bağlı qadağanın tətbiqi müzakirə edilib.
Cəmiyyət isə haqlı olaraq sual verir ki, bir tərəfdə bu məhsulların Bakının “göbəyində” satışı və reklamına şərait yaradan dövlət qurumları, digər tərəfdə isə eyni məhsulun satışı və reklamının qadağan olunmasını təklif edən qanunverici orqan. Kimin xətti üstün tutulmalıdır?
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Avtosfer.az-a açıqlamasında bildirib ki, sözügedən məhsulun konkret satışının qadağan olunmasından sonra kimsə bunun reklamını, təbliğatını aparsa, təbii ki, hüquqi baxımdan bu məsələyə əncam çəkiləcək.

"Amma hazırda Azərbaycanda elə bir hüquqi baza yoxdur, hələ müzakirə gedir. Mən əminəm ki, müzakirə bitəndən sonra və əgər bu barədə qadağa tətbiq edilsə, 100% onun reklamına da icazə verilməyəcək. Bu məsələnin bir tərəfi. Digər tərəfi, əgər bu məhsul dünyanın qabaqcıl ölkələrində istifadəsi qadağan edilirsə, onda yaxşı olar ki, Azərbaycanda da qadağan edilsin. Əgər bunun tibbi ziyanı, zərəri varsa, şübhəsiz zərərli şeylərin reklamı, təbliğatı mütləq qadağan edilməlidir”.
Səfər
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












